Tərtərdə Su Təsərüfatı və Meliorasiya İşçiləri peşə bayramlarını qeyd etdilər
Rayonda Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini yad edərək, abidəsinin önünə gül-çiçək dəstələri qoydular.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini 5 iyun peşə bayramları münasibəti ilə təbrik etdi, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin icrasında yeni-yeni uğurlar arzuladı. Qeyd olundu ki, Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.
Sonra rayon rəhbəri su təsərrüfatı və meliorasiya işçilərinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan da danışdı. Bildirdi ki, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov Respublika Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Bu Zahid İbrahimovun timsalında rayonumuzun su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğının təzahürüdür.
Tədbirdə çıxış edən Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Su-Kanal İdarəsinin rəisi Elnur Abbasov su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan danışdılar.
Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən bir qrup su təsərrüfatı və meliorasiya işçilərinə Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olundu.