Şriftin ölçüsü :

Saytın rəngi :

Qaynaq kəndində növbəti səyyar-qəbul görüş oldu

01 iyun 2018 | 16:00

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşləri davam edir. Növbəti səyyar qəbul-görüşü təmas xəttinə yaxın yerləşən Qaynaq kəndində oldu.

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.

Əvvəlcə Qaynaq kənd İƏD üzrə nümayəndə Məzahir Süleymanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.

Sonra vətəndaşların müraciətləri dinlənilib.  Əmək veteranı Süleyman Quliyev kənd yolunun asfaltlanması, Ziyad Abbasov sahibkarlıq üçün torpaq sahəsinin ayrılması, Şahin Cavadov münaqişəli pay torpağı, Qumru Hacıyeva içməli su xəttinə sayğac qoyulması, Adil Əzimov qaz keçidi borularının yuxarı qaldırılması və digər məsələlər barədə müraciət etdilər.

Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən də danışaraq, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər