Şriftin ölçüsü :

Saytın rəngi :

Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği mövzusunda tədbir keçirlildi

30 may 2018 | 16:00

30 may 2018-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Tərtər Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə əsas məqsədi qəhrəmanlıq tariximizin və igid övladlarımızın keçdiyi döyüş yolunun yeniyetmə və gənclər arasında təbliğndən, şəhidlərimizin xatirəsinin yad edilməsindən ibarət olan "Qəhrəmanlıq tariximizin gənclər arasında təbliği" layihəsinə start verilib.

Layihə çərçivəsində Tərtər rayon Uşaq-Gənclər Şahmat Məktəbində yeniyetmə və gənclərlə keçirilən görüşdə Tərtər rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant İslam Məmmədov, Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin Tərtər rayon şöbəsinin sədri Suliddin Yusibov, Qarabağ müharibəsi iştirakçıları, əlilləri, veteranları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin və dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin nümayəndəsi Elvin Umudov çıxışçıları görüş iştirakçılarına təqdim etdikdən sonra keçirilən layihənin əhəmiyyətindən və bu kimi görüşlərin gənclərin vətənpərvərlik tətbiyəsi istiqamətində maariflənməsində mühüm rol oynadığını vurğuladı, çıxış üçün sözü Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənliyə verdi.

E.Həsənli layihə haqqında geniş məlumat verdi, Azərbaycan xalqının qəhrəmanlıq tarixindən bəhs etdi. O, nitqində Azərbaycanın qədim tarixə malik olduğunu, dünyanın ən qədim insan məskənlərindən, ən qədim dövlətlərdən biri olduğunu vurğuladı. O, həmçinin qeyd etdi ki, Azərbaycan torpaqlarında dəfələrlə müharibələr olmasına baxmayaraq xalqımız öz nikbinliyini və mərdliyini qoruyub, heç vaxt düşmənə əyilməyib. Xalqımız daima qəhrəmanlıq nümunələri göstərib. Adət-ənənələrimizi, dil və mədəniyyətimizi, dövlətçilik ənənələrimizi qoruyub saxlamağa nail olub. Biz ən qüdrətli dövlət olan Səfəvilər dövlətinin qurucusuyuq. Eyni zamanda Şərqdə ilk Cümhuriyyəti də məhz biz – azərbaycanlılar qurmuşuq.

Emin Həsənli, eyni zamanda Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərindən söz açdı.

Çıxış edən digər natiqlər də keçirilən layihənin əhəmiyyətindən, qəhrəmanlıq tariximizin gənclər arasında təbliğ olunmasının vacibliyindən söz açdılar.

Keçidlər