Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərlilər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdilər

28 may 2018 | 16:00

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib, abidəsi önünə tər gül-çiçək dəstələri qoydular.

Sonra meydanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.

Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirildi.

Rayon icra hakimiyyətinin, huquq-mühafizə orqanlarının rəhbərlərinin, səhiyyə, təhsil və mədəniyyət işçilərinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, hərbçilərin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə məruzə ilə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan ilk dünyəvi, demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyətindən, gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 aylıq fəaliyyəti dövründə qazandığı uğurlardan bəhs edib. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamı milli dövlətçilik tariximizə olan xüsusi diqqət və ehtiramın, milli kimliyimizə qayğının bariz nümunəsidir. Eləcə də dövlətimizin başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Cümhuriyyət dövründə həyata keçirilmiş tədbirlərə yüksək dəyərin təcəssümüdür.

Rayon rəhbəri bildirib ki, 100 illiyini qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çoxəsrlik tariximizin, mədəni inkişafımızın, xalqımızın milli azadlıq mübarizəsinin məntiqi yekunudur. Həmin dövrdə müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı hüquqi zəmin hazırlanıb. Rayon rəhbəri 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymətin verildiyini bildirib.

Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib.

Tədbirdə çıxış edən Qarabağ Elmi Tədqiqat Bazasının direktoru Həmid Mehdiyev, keçmiş Tərtər Özünümüdafiə Batalyonunun qərərgah rəisi Pənah Məmmədov, şəhər 5 saylı tam orta məktəbin müəllimi Niğar Vəliyeva və şəhər 2 saylı məktəb-liseyin şagirdi Nuranə Kərimli cümhuriyyətin xalqımızın tarixində şərəfli yer tutduğunu, müasir, müstəqil Azərbaycan Respublikasının möhkəmlənməsi və inkişafında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd ediblər.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə şahmat və intelektual yarışlarda qalib olmuş şagirdlərə Fəxri Fərmanlar təqdim olunub.

Tədbir rayon Mədəniyyət Mərkəzinin özfəaliyyət kollektivinin və uşaq-gənclər inkişaf mərkəzinin yetirmələrinin  hazırladığı konsert proqramı ilə davam etdirilib.

 

Keçidlər