Növbəti səyyar-qəbul görüş Sarıcalı kəndində oldu
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarıcalı kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndənin müavini Namiq Məmmədov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Sonra vətəndaşların müraciətləri dinlənilib. Kənd ağsaqqalı Səttar Muradov kənddə görülən işlərdən, sosial problemlərin həllinə göstərilən diqqət və qayğıdan danışıb.
Mayıl Məhərrəmov elektrik təsərrüfatının yenidən qurulması, Enfira Huseynova tibb məntəqəsinin təmiri ilə bağlı müraciət ediblər.
Qaldırılan məsələlər barədə icra başçısı əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verdi.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.