Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Tərtər rayon Təşkilatının VIII konfransı keçirilmişdir.

31 may 2013 | 15:00

30 may 2013-cü il tarixdə rayon Gənclər Mərkəzində Yeni Azərbaycan Partiyasının Tərtər rayon təşkilatının VIII konfransı keçirilmişdir. Konfransda YAP Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev, rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov iştirak etmişdir.

Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında ucaldılmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

Konfransı giriş sözü ilə YAP rayon təşkilatının sədri Ramiz Şabanov açmışdır. Daha sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

YAP Tərtər rayon Təşkilatının VIII konfransından keçən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri R.İ.Şabanov məlumat vermişdir.

Konfransda şəhər 6 saylı tam orta məktəbin müəllimi Zülfiyyə Abdullayeva, rayon Telekommunikasiya qovşağının operatoru Natiq Aslanov çıxış etmişdir.

Konfransın işində YAP Siyasi Şurasının üzvü Firdovsi Əliyev və rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov geniş çıxış etmişdir.

Sonra Yeni Azərbaycan Partiyasının V qurultayına nümayəndələr seçilmişdir.

Sonda möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevə konfrans iştirakçıları adından müraciət qəbul olunmuşdur.

Keçidlər