Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Ombudsman Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir.

21 may 2013 | 15:00

       21.05.2013-cü il tarixdə rayon Gənclər Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icrası vəziyyətinin öyrənilməsi məqsədilə Ombudsman Elmira Süleymanovanın iştirakı ilə ictimai dinləmə keçirilmişdir.
       Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.
       Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, rayon icra hakimiyyəti başçısı aparatının işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
       Öncə icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ombudsman Elmira Süleymanovanı salamlayaraq, “xoş gəlmişsiniz”-dedi. Sonra rayonda insan hüquqlarının təmini və Milli Fəaliyyət Proqramının icrası sahəsində görülən işlər haqqında məlumat vermişdir.
       Cənab Ceyhun Cəfərov bildirmişdir ki, Azərbaycan dövlətinin müasir inkişafı dövründə hüquqi dövlət quruculuğu və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlətimizin siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
       Azərbaycan Respublikasının yaşadığı yeni inkişaf mərhələsində də insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatlar Ümummilli Liderimizin layiqli davamçısı olan möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
       Rayonumuzda insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə (Ombudsmanla) əməkdaşlığa xüsusi diqqət yetirilir. Ombudsmanın təşəbbüsü ilə 2012-ci ildə respublikamızda keçirilən insan hüquqları ilə bağlı aylıqlar- “İnsan hüquqları aylığı”( 18 may-18 iyun), “Sülh aylığı”( 21 avqust-21 sentyabr), “Uşaq hüquqları aylığı”( 20 oktybar-20 noyabr) çərçivəsində rayonun idarə, müəssisə və təşkilatları, yerli özünüidarə orqanları əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, hər bir vətəndaşın hüquq və azadlıqlarının həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər hazırlayıb həyata keçirmişdir.
       Sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr” haqqında ətraflı məlumat vermişdir.
       İctimai dinləmədə rayon məhkəməsi Hüseyn Mirzəliyev, rayon prokuroru Azər Hətəmov, rayon polis şöbəsinin rəisi Rauf Məcidov, 95-saylı seçki dairəsi, dairə seçki komissiyasının sədri Həmid Mehtiyev, Seydimli bələdiyyəsinin sədri Mədinə İmanova, Qaraağacı bələdiyyəsinin sədri Lətif Həmidov, Səhləbad kənd tam orta məktəbinin direktoru Validə Mahmudova çıxış etmişlər.
       Sonda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova rayon sakinlərini qəbul etmişdir.

Keçidlər