Şriftin ölçüsü :

Saytın rəngi :

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir

09 aprel 2018 | 16:00

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb. Hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır. Səki qıraqlarına bordürlər düzülür, istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir. Küçələrdə yol yatağına çınqıl materialı verilərək, asfalt örtük döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq.

Bundan başqa Prezident İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli Sərəncamı ilə Tərtər şəhərində 20 çoxmənzilli binanın fasad hissələri və giriş blokları əsaslı təmir edilir. Yaxın günlərdə isə Tərtər-Ağdərə, Tərtər-Goranboy avtomobil yollarının ətrafında və Heydər Əliyev adına parkda abadlıq-quruculuq işlərinə başlanılacaq.

 

Keçidlər