Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz Bayramı münasibətilə silsilə tədbirlər davam edir: Hərbi hissələrdə “Açıq qapı günü” keçirilib

20 mart 2018 | 16:00

Martın 20-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə və Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq rayonun ərazisində yerləşən hərbi hissələrdə Novruz bayramı münasibətilə “Açıq qapı günü” keçirilib.

“Açıq qapı günü”ndə  rayon icra hakimiyyətinin nümayəndələri, əsgər valideynləri və doğmaları, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər  və rayon ictimaiyyətinin təmsilçiləri iştirak ediblər.
Nümayəndələr əvvəlcə hərbi hissələrdə əsgərlərin yaşayış, məişət şəraiti ilə tanış olub, xidməti və inzibati binalarda, əsgər yataqxanalarında, yeməkxanalarda olublar.

Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitləri Milli bayramımız-Novruz münasibəti ilə təbrik edib, müasir Milli Ordumuzu çağdaş Azərbaycanın qurucusu, xalqımızın umummilli lideri Heydər Əliyevin şah əsərindən biri adlandırıb. Rayon rəhbəri respublika prezidenti cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğını xüsusi qeyd edilib. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə günbəgün güclənən Azərbaycan Ordusunun dövlətin keşiyində ayıq-sayıq  dayanaraq öz müqəddəs missiyasını yerinə yetirdiyini bildirib. Qeyd olunub ki, düşmənlə 48 km təmas xətti olan cəbhə bölgəsində hərbi xidmət keçməyin məsuliyyət yükü daha böyükdür. Respublikamızda, eləcə də rayonumuzda ordunun arxasında xalq, xalqın arxasında isə ordu dayanır. Bu birlik nəticəsində qəhraman tərtərlilər düşmənə bir qarış da torpaq verməmişlər.

Çıxışının sonunda rayon rəhbəri bir daha əsğər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb, tərtərlilərin tezliklə Azərbaycan bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına inandıqlarını bildirib.

Hərbi hissə ilə tanışlıq zamanı valideynlər güclü ordusu olan Azərbaycanla fəxr etdiklərini söyləyib, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonra rayon rəhbəri general mayor Hikimət Həsənovla birlikdə Novruz tonqalını alovlandırıb. Müxtəlif oyunlar - dirədöymə, kəndirdartma, zorxana, xoruz döyüşdürmə əsgərlər tərəfindən maraqla qarşılanıb. Tədbir rayonun özfəaliyyət kollektivlərinin hazırladığı konsert proqramı ilə davam edib, əsgərlərə bayram sovqatı paylanıb.

 

 

Keçidlər