Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbələ-Şəki-Zaqatala bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular

18 mart 2018 | 16:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.

Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul işçiləri və valdeyinlər qarşılayıblar.

İştirakçılarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onların səfər təəssüratlarını öyrəndi və ölkəmizin tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişafını daha da dərindən öyrənmələri üçün təhsillərində uğurlar arzuladı.

Martın 15-dən 18-dək tərtərli məktəblilər Qəbələ, Şəki, Zaqatala rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında ətraflı məlumat verilib. Regionun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məktəblilərdə böyük maraq doğurub.

Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.

Tur-aksiyadan geri dönən məktəblilər Tərtər-Şıxarx avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.

Maarifləndirici tur-aksiyada zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər