Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə gənclər Novruz Bayramını əsgərlərlə birlikdə qeyd etdilər

16 mart 2018 | 16:00

Novruz bayramı münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirib.

Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edib, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxunub.

Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandiri Vüqar Şıxlinski qonaqları salamlayıb, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını söyləyib. O, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edib, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirib.

Tərtər Rayon İcra Hakimiyyətinin Başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş sektorunun müdiri Əli Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etdilər, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzuladılar.

Tədbirin sonunda Gənclər və İdman  nazirliyi və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə qiymətli hədiyyələr və Fəxri Fərmanlar verildi, rayon İcra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov tərəfindən müəllifi polkovnik Abdulla Qurbani olan “Qəhrəman Tərtərin müdafiəsində”   kitabını Gənclər və İdman Nazirliyinin Gənclərlə iş sektorunun müdiri Əli Məmmədova təqdim etdi.

Sonra Gənclər və İdman nazirliyinin dəvəti ilə gəlmiş incəsənət xadimləri və rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivi əsgərlər qarşısında geniş konsert proqramı ilə çıxış etdilər.

Keçidlər