Şriftin ölçüsü :

Saytın rəngi :

Səhləbad kəndində səyyar qəbul-görüş keçirildi

23 fevral 2018 | 16:00

Tərtər rayon icra hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Səhləbad kəndində keçirildi. Qəbulda rayonun hüquq mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və KİV nümayəndələri iştirak etdilər.

Əvvəlcə Səhləbad kənd İƏD üzrə nümayəndə Cəbrayıl Yusifov kənd haqqında ətraflı məlumat verdi.

Sonra kənd ağsaqqalı İman Almuradov rayonda, eləcə də kəndlərində geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndin fasiləsiz elektrik enerjisi, təbii qazla və içməli su ilə təmin olunmasından razılıq hissi ilə danışdı. Kəndlərində yeni subartezian quyusunun qazılmasına ehtiyac olduğunu bildirdi.

Xəyal Aslanov Səhləbad kənd tam orta məktəbinin əsaslı təmiri, Elnarə Aslanova kənddə yeni tibb məntəqəsinin tikilməsi, Bayram İbrahimov kənd yollarının əsaslı təmiri, Elşad İsmayılov köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsi, Arif Mahmudov kəndarası arxların yenidən işlənməsi ilə bağlı müraciət etdilər.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə danışdı, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verdi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər