Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr–Zəfər Günü münasibəti ilə Tərtərdə şahmat üzrə rayon birinciliyi keçirilib

05 noyabr 2024 | 12:32

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon təhsil sektorunun və Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8-14 yaşlı şagirdləri arasında Uşaq Gənclər Şahmat İdman Məktəbində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş şahmat üzrə rayon birinciliyi keçirilib.

Tədbiri giriş sözü ilə Uşaq-Gənclər Şahmat İdman Məktəbinin direktoru Fərəc Rzayev açıb. Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova və Yap rayon təşkilatının sədr müavini Azər Ağayev çıxış edərək yarış iştirakçılarını qarşıdan gələn 8 noyabr–Zəfər Günü münasibəti ilə təbrik edərək, məktəblilərə uzun ömür, can sağlığı və təhsildə uğurlar arzulayıb, onlara 30 ildən sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbə, Vətən yolunda öz şirin canlarından keçən şəhidlər, sağlamlıqlarını itirən qazilər, müharibə veteranları haqqında danışaraq, bu günkü azad və suveren respublikada yaşamağımız üçün məğlubedilməz sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər, məktəblilərə Azərbaycanın tarixini dərindən öyrənməyi tövsiyyə ediblər.

Sonra yarışa start verilib. Birincilikdə ümumtəhsil məktəblərindən 56 nəfər şagird iştirak edib. 8-10, 10-12, 12-14 yaşlar üzrə birinci yeri tutan 3 nəfərə kubok və diplom, 2-ci və 3-cü yeri tutanlara isə diplom təqdim edilib.

Keçidlər