8 noyabr - Zəfər Gününün və Vətən beşinci ildönümü ilə əlaqədar mülkü şəhid Elşən və Xaliq Abbasov qardaşlarının ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Muradlı rayon Gigiyena və Epidemioloji Mərkəzin direktoru İntiqam Mustafayev və kollektivin nümayəndələri ilə birlikdə Mamırlı kəndində Vətən müharibəsinin mülkü şəhidləri Elşən və Xaliq Abbasov qardaşlarının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Ailənin dörd övladından, dörd qardaşdan ikisi olan Xaliq və Elşən Abbasovlar İkinci Vətən Müharibəsinin ikinci günündə, sentyabr ayının 28-də Tərtərin Şıxarx qəsəbəsində Şəhidlik məqamına ucalıblar.Hər iki qardaş Şıxarx qəsəbəsinin artilleriya atəşinə tutması nəticəsində şəhid olublar.Hər ikisinin də nəşi bir gün sonra, 29 oktyabr tarixində Poladlı kənd qəbiristanlığında torpağa tapşırılıb.Hər iki qardaş ailəli, iki övlad atası olublar. 1981-ci il təvəllüdlü olan Xaliq iki qız, 1987-ci il təvəllüdlü, evin sonbeşiyi Elşən isə iki oğlan atası idi.
Murad Muradlı xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






