Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin şəhidi Hacıyev Rüstəmin ailəsi ziyarət edilib

04 noyabr 2025 | 15:51

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Hüseynov Elxan, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov və kollektivi ilə birlikdə Yuxarı Qapanlı kəndində Vətən Müharibəsinin  şəhidi  Hacıyev Rüstəm Firqani oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki,  Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur.

Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər