8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülkü şəhidi Vasif Rüstəmovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova, “Tərtər Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi, Ümumi şöbənin müdiri Vüsal Əliyev, İnzibati məsələlər üzrə direktor müavini Mahir İbrahimov və Texniki dəstək bölməsinin mexaniki Fərid Mərdanlı ilə birlikdə Tərtər şəhəri, Tofiq İsmayılov küçəsində yaşayan Vətən müharibəsinin mülkü şəhidi Rüstəmov Vasif Bahadur oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Onlar şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Ziyarətçilər xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını, onların xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Qeyd edək ki, Vasif Rüstəmov 1960-cı ilin mart ayının 7-də Tərtər şəhərində anadan olub.
Vasif Rüstəmov 15 oktyabr 2020-ci il tarixində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin dəfn zamanı Tərtər şəhər qəbristanlığını atəşə tutmaları nəticəsində şəhid olub. Tərtər şəhər qəbristanlığında dəfn olunub.Ailəli idi. 2 övladı yadigar qalıb.
Vasif Rüstəmov əsgərlərə təmənnasız xidmət göstərən, ərzaq yardımlarının paylanmasında iştirak edən vətənpərvər bir insan idi.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






