8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülkü şəhidi Şakir Zamanovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Hüseynov Elxan, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tərtər Rayon nümayəndəsi Elmir Xəlilov Tərtər şəhərində Vətən Müharibəsinin mülki şəhidi Şakir Zamanov Xasay oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində erməni qəsbkarları müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır artilleriya silahlarından atəşə tutmuşdur. Bunun nəticəsində 16 oktyabr 2020-ci il tarixdə Tərtər rayonunu atəşə tutulması zamanı Tərtər şəhər sakini 1988-ci il təvəllüdlü Zamanov Şakir Xasay oğlu şəhid olmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






