8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülkü şəhidi Pərviz Orucovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Muradlı rayon Gigiyena və Epidemioloji Mərkəzin direktoru İntiqam Mustafayev və kollektivin nümayəndələri ilə birlikdə Mamırlı kəndində Vətən müharibəsinin mülkü şəhidi Orucov Pərviz Novruz oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar şəhidlərə allahdan rəhmət diləyib,ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Murad Muradlı xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.
Pərviz Orucov 1989-cu ilin iyun ayının 10-da Tərtər rayonunun Mamırlı kəndində anadan olmuşdur.
Pərviz Orucov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 15 oktyabr tarixində Tərtər şəhər qəbristanlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Mamırlı kəndində dəfn olunub.
Ailəli idi. 2 övladı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






