8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülkü şəhidi Məmmədov Həsənin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Hüseynov Elxan, Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov və kollektivi ilə birlikdə Vətən Müharibəsinin mülki şəhidi Məmmədov Həsən Asif oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, mülki şəhid Həsən Məmmədov 1981-ci ilin fevral ayının 1-də Tərtər rayonunun Qaynaq kəndində anadan olub. Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 6 oktyabr tarixində Azad Qaraqoyunlu kəndinin yaxınlığına düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtərdə rayonunun Qaynaq kəndində dəfn olunub.
Ailəli idi. 3 övladı yadigar qalıb, hər üçü də tələbədirlər.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






