8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülkü şəhidi Ayna Mehtiyevanın ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova, Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsi-direktorun müalicə işləri üzrə müavini-baş həkimi Bəkir Nağıyev, İnzibati məsələlər üzrə direktor müavini Mahir İbrahimov və kollektivin nümayəndələri ilə birlikdə Tərtər şəhəri, Üzeyir Hacıbəyov küçəsində yaşayan Vətən müharibəsinin mülkü şəhidi Mehtiyeva Ayna Məhəmmədəli qızının ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Qeyd edək ki, 44 gün davam edən vətən müharibəsində cəbhədə gedən döyüşlərdə Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistan ordusu müharibə qaydalarına zidd olaraq Tərtər rayonunda mülki əhalinin yaşadığı yaşayış məntəqələrini də ağır artilleriya silahlarından atəşə tuturdular. Bunun nəticəsində 30 sentyabr 2020-ci il tarixdə Tərtər şəhərinin növbəti dəfə atəşə tutulması zamanı şəhər sakini 1965-ci il təvəllüdlü Mehdiyeva Ayna Məhəmmədəli qızı şəhid olmuşdur
Ziyarətçilər şəhidlərin xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






