Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsinin mülki şəhidi Zabil Həsənovun ailəsi ziyarət edilib

31 oktyabr 2025 | 16:49

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı  məsləhətçisi Hüseynov Elxan, Həsənqaya kənd İƏD üzrə nümayəndə Qasımov İlqar, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tərtər Rayon nümayəndəsi Elmir Xəlilov Tərtər şəhərində Vətən Müharibəsinin mülki şəhidi  Həsənov  Zabil Məhəmməd oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, Əslən Kəlbəcər rayonundan olan 1983-cü il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlunun 2020-ci il oktyabr ayının 1-də Ermənistan silahlı qüvvələrinin  Tərtər şəhərini atəşə tutması nəticəsində şəhid olmuşdur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər