Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsinin mülki şəhidi İsmayılzadə Orxanın ailəsi ziyarət edilib

28 oktyabr 2025 | 17:47

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.

Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev və Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev kollektivin nümayəndələri ilə birlikdə Kəbirli kəndində Vətən müharibəsinin mülkü şəhidi İsmayılzadə Orxan Rəhbər oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar  şəhidlərə allahdan rəhmət diləyib,ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.

Zabil Paşayev  xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Orxan İsmayılzadə 2004-ci ilin aprel ayının  2-də Tərtər rayonunun Kəbirli kəndində anadan olmuşdur.

Orxan İsmayılzadə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər rayonunda yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində  24 oktyabr tarixində Kəbirli kəndinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər