Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Şirinli Nurlanın ailəsi ziyarət edilib

03 noyabr 2025 | 12:52

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin əməkdaşları Sarov kəndində Vətən Müharibəsi şəhidi Şirinli Nurlan Qədir oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, Şirinli Nurlan 1996-cı ilin oktyabr ayının 16-da Sarov kəndində anadan olub. 2020-ci ilin oktyabr ayının 7-də Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. O, ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər