8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Səbuhi Məmmədovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elxan Hüseynov və Tərtər Regional Qaz İstismarı idarəsinin Tərtər xidmət sahəsi üzrə rəis müavini Bilal Musayev və idarənin əməkdaşları Kəngərli kəndində Vətən Müharibəsi şəhidi Məmmədov Səbuhi Zahid oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Şəhid Səbuhi Məmmədov 17 oktyabr 2000-ci il tarixdə Tərtər rayonunun Kəngərli kəndində anadan olub. 2020-ci ilin sentyabr ayının 1-də hərbi xidmətə yola düşüb, Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə o, “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






