8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Şahbazov Ruslanın ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli, Bölgə Təcrübə Stansiyasının direktoru Rəşad Familzadə və kollektivi ilə birlikdə Ələsgərli kəndində Vətən Müharibəsi şəhidi Şahbazov Ruslan Mahir oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Ruslan Mahir oğlu Şahbazov Azərbaycan Silahlı Qüvvələrinin giziri idi. O, 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub.
2014-cu ildən müddətdən artıq hərb qulluqçu kimi xidmətə başlayıb. O, 2016-ci ilin 2-5 aprel döyüşlərində iştirak edib. 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində isə Talış, Suqovuşan kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Düşmənin 5 tankını, xeyli canlı qüvvəsini məhv edib və Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub, Ələsgərli kədnində dənf olunub.
Ruslan Şahbazov Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Azərbaycan bayrağı” ordeni, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə” “Azərbaycan Ordusunun 100 illiyi” medalalrı ilə təltif olunub.
Şəhidin ailəsi yeni tikilmiş fərdi evlə təmin olunub, doğulub boya-başa çatdığı kənddə adına bulaq inşaa edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






