Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Mirşəmsi Babazadənin ailəsi ziyarət edilib

30 oktyabr 2025 | 10:41

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.

Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Murad Muradlı rayon Gigiyena və Epidemioloji Mərkəzin direktoru İntiqam Mustafayev və kollektivin nümayəndələri ilə birlikdə Mamırlı kəndində Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar  şəhidlərə allahdan rəhmət diləyib,ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.

Murad Muradlı xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Babazadə Mirşəmsi Elşad oğlu 1996-ci il yanvar ayının 20-də Tərtər rayonunun Mamırlı kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də ərazilərimizin işğaldan azad olunması və torpaqlarımızın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsində sentyabrın 30-da  Suqovuşan istiqamətində gedən döyüşlərdə  şəhid olub və doğulduğu kənddə torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası  Prezidentinin 15.12.2020-ci tarixli Sərəncamı ilə o “Azərbaycan Bayrağı” Ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər