8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Məhərrəmli Fuadın ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Aslanov Niyaməddin və əməkdaşı Qurbanzadə Yusif Evoğlu kəndində Vətən Müharibəsi şəhidi Məhərrəmli Fuad Habil oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Şəhid Məhərəmli Fuad Habil oğlu 1994-cu il noyabrın 28-də rayonun Evoğlu kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda torpaqlarımızın ərazi bütövlüyü uğrunda Ağdərə istiqamətində vuruşub və sentyabrın 19-da şəhid olub.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






