Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən müharibəsi şəhidi Mehdiyev Yasənin ailəsi ziyarət edilib

04 noyabr 2025 | 14:57

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.

Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova  “Tərtər rayon Mərkəzi xəstəxanası” Publik Hüquqqi şəxsi-Ümumi şöbənin müdiri Vüsal Əliyev, direktorun İnzibati işlər üzrə müavini Mahir İbrahimov və Texniki dəstək bölməsinin mexaniki Fərid Mərdanlı ilə birlikdə şəhərin Nizami küşəsində Vətən müharibəsi şəhidi Mehdiyev Yasən Alim oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar  şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.

Ziyarətçilər xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını, onların xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Mehdiyev Yasən Alim oğlu 2001-ci il iyulun 05-də Tərtər şəhərində anadan olub. Oktyabrın 23-də Xocavənd istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 24-də Tərtər rayonunun Sarıcalı kəndində dəfn olunub.

Şəhid Mehdiyev Yasən 44 günlük Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər