Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi İsmayıllı Şamilin ailəsi ziyarət edilib

28 oktyabr 2025 | 10:30

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aprtının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli və Tərtər Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Murad Zeynalov və idarənin əməkdaşları Dəmirçilər kəndində Vətən müharibəsi şəhidi İsmayıllı Şamil Kamil oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

İsmayıllı Şamil Kamil oğlu 1993-cu il yanvar ayının 4-də Tərtər rayonunun Dəmirçilər kəndində anadan olub. O, 2013-cü ildən 2020-ci ilədək Azərbaycan Ordusunda qulluq edib, aprel döyüşlərinin iştirakçısı olub. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubleyi medalı ilə təltif olunub. Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşdə şəhid olub və  oktyabrın 20-də doğulub boya-başa çatdığı kənddə dəfn olunub. Özündən sonra 2 qız övladı yadigar qalıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər