Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Hüseynov Elnurun ailəsi ziyarət edilib

28 oktyabr 2025 | 17:45

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.

Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev və Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev kollektivin nümayəndələri ilə birlikdə Kəbirli kəndində Vətən müharibəsinin mülkü şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.Onlar  şəhidlərə allahdan rəhmət diləyib,ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.

Zabil Paşayev  xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıb.

Azərbaycan Ordusunun əsgəri Hüseynov Elnur Əhliman oğlu 1990-cı il aprelin 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub. Noyabrın 11-də Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 14-də Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

Şəhid Hüseynov Elnur 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalları ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər