8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Əlizadə Elşənin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Aslanov Niyaməddin ilə birlikdə Tərtər rayonunun İsmayılbəyli kəndində Vətən Müharibəsi şəhidi Əlizadə Elşən Faiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Əlizadə Elşən Faiq oğlu 1995-ci ilin avqust ayının 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Vətən müharibəsində oktyabrın 14-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub, oktyabrın 16-da isə doğulduğu kəndin qəbiristanlığında dəfn olunub, subay idi.
Elşən Əlizadə ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə “Vətən uğurunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Qeyd edək ki, Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






