Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Ceyhun Hacızadənin ailəsi ziyarət edilib

29 oktyabr 2025 | 15:23

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Aslanov Niyaməddin və əməkdaşı Qurbanzadə Yusif Evoğlu kəndində Vətən Müharibəsi şəhidi Hacızadə Ceyhun İsrail oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, şəhid Ceyhun Hacızadə 1992-ci il avqust ayının 16-da Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü iştirak edib və 2020-ci il oktyabr ayının 7-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Hacızadə ölümündən sonra "Vətən uğrunda", “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər