8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Aslan Hüseynovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aprtının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli və Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin əməkdaşları Qaradağlı kəndində Vətən Müharibəsi şəhidi, "Azərbaycan Bayrağı" ordenli Aslan Hüseynovun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, şəhid Hüseynov Aslan Malik oğlu 1985-ci il oktyabrın 6-da Tərtər rayonunun Qaradağlı kəndində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Aslan Hüseynov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Aslan Hüseynov sentyabrın 30-da Suqovuşan döyüşləri zamanı şəhid olub.
Tərtər rayonunun Qaradağlı kəndində dəfn olunub.
Vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün sağlığında "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, “Azərbaycan Ordusunun 100 illiyi” və “Şücaətə görə” medalları ilə təltif olunmuşdur. 2020-ci ildə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə Tətər şəhərinin mərkəzi küçələrindən birinə Aslan Hüseynovun adı verilmişdir.
Ailəli idi. Bir oğlu və bir qızı yadigar qalıb.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






