Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Ağayev İntiqamın ailəsi ziyarət edilib

28 oktyabr 2025 | 17:49

 “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.

Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev və Tərtər Peşə Məktəbinin direktoru Əli Babayev kollektivin nümayəndələri ilə birlikdə Səhləbad kəndində Vətən müharibəsi şəhidi Ağayev İntiqam Hüseyn oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Ağayev İntiqam Hüseyn oğlu 01 mart 1998-ci ildə Tərtər rayonunun Səhləbad kəndində anadan olub. 08 oktyabr 2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Ağayev İntiqam Hüseyn oğlu 44 günlük Vətən müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "İgidliyə görə", "Laçının azad olunmasına görə", "Suqovuşanın azad olunması görə" və “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər