8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Vətən Müharibəsi şəhidi Abbaslı Elnurun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Məhəmməd Hüseynov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev və idarənin əməkdaşları Köçərli kəndində Vətən Müharibəsi şəhidi Abbaslı Elnur Yaşar oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, Abbaslı Elnur Yaşar oğlu 1992-ci il iyun ayının 17-də Tərtər rayonunun Köçərli kəndində anadan olub. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edib.
Azərbaycan ordusunun kiçik cavuşu olan Elnur Abbaslı 2020-ci ilin oktyabr ayının 7-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub, özündən sonra 2 övladı yadigar qalıb. Respublika Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






