Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunaraq ehsan süfrəsi təşkil edilib

30 oktyabr 2025 | 10:17

Tərtər  Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin  təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tədbirlər Planına uyğun olaraq Tərtər Cümə Məscidində   tədbir keçirilib.

Tədbirdə rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin rayonda fəaliyyət göstərən səlahiyyətli nümayəndəsi ,Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov, Dini Qurumlarla İş üzrə Dövvlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur üzrə məsləhətçisi İsmət Rəhimov, rayonda olan din xadimləri, şəhid və qazi ailələri iştirak ediblər. Onlar əvvəlcə  44 günlük Vətən müharibəsində erməni separatçıları tərəfindən atılan “Smerç” raketi nəticəsində dağılmış açıq havada fəaliyyət göstərən ev muzeyinə ekskursiya edib. Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin ruhlarına Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən dualar oxunub, sonra muzeyin həyətində mülki şəhidlərin şəkillərindən ibarət fotoguşə ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb.          

Tədbir Tərtər Cümə Məscidində  davam etdirilib.

Tədbirdə iştirak edən rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin rayonda fəaliyyət göstərən səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin İmamı Sadiq Cəfərov çıxış edərək 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi altında Milli Ordumuzun yazdığı Şanlı Zəfər tarixindən, Vətən üçün canını qurban vermiş şəhidlərdən, sağlamlıqlarını itirmiş qazilərdən söhbət açıblar.Onların qəhrəmanlığlarını xalqımızın unutmayacağını bildirib, dövlət tərəfindən şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğını dilə gətiriblər.

Sonra şəhidlərə ehsan olaraq çay süfrəsi verilib, onların ruhuna dualar oxunub.

Keçidlər