8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar mülki şəhid Şahin İbrahimovun ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aprtının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi İlqar İbrahimli və Tərtər Su Melorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Murad Zeynalov və idarənin əməkdaşları Dəmirçilər kəndində mülki şəhid İbrahimov Şahin Mahmud oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, İbrahimov Şahin Mahmud oğlu 24.12.1987-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndində anadan olmuş, Tərtər rayonu, 30.09.2020-ci il tarixdə saat 08 radələrində Tərtər şəhəri Aliağa Vahid küçəsində Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin inzibati binasının qarşısında düşən mərminin partlaması nəticəsində şəhid olmuşdur.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






