Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr-Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar lokal xarakterli antiterror təbriləri zamanı şəhid olan Vəlizadə Rəşadın ailəsi ziyarət edilib

29 oktyabr 2025 | 15:50

“Konstitusiya və Suverenlik İli” və 8 noyabr-Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin baş məsləhətçisi Pərviz Murtuzayev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Tərtər Rayon Komitəsinin sədri Aslanov Niyaməddin və əməkdaşı Qurbanzadə Yusif Evoğlu kəndində lokal xarakterli antiterror təbriləri zamanı şəhid olan Vəlizadə Rəşad Elşən oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Qeyd edək ki, şəhid Vəlizadə Rəşad Elşən oğlu 1999-cü il aprel ayının 7-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub.

Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Rəşad Vəlizadə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror təbriləri zamanı şəhidlik zirvəsinə ucalıb. Şəhid Evoğlu kənd qəbiristanlığında dəfn edilib.

Şəhid Vəlizadə Rəşad Elşən oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər