8 noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Eminin ailəsi ziyarət edilib
“Konstitusiya və Suverenlik İli” və 8 noyabr - Zəfər Gününün beşinci ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosil-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Elxan Hüseynov və Tərtər Regional Qaz İstismarı idarəsinin Tərtər xidmət sahəsi üzrə rəis müavini Bilal Musayev və idarənin əməkdaşları Kəngərli kəndində antiterror əməliyyatlarında şəhid olmuş Abbaszadə Emin Faiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.
Qeyd edək ki, şəhid Emin Abbaszadə 1998-ci il may ayının 15-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. O, 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb və Kəngərli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Abbaszadə Emin Faiq oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






