8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası davam etdirilir
06 noyabr 2025 | 16:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması və 8 Noyabr Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin birgə təşkilatçılığı ilə Tərtər-Suqovuşan yolunun kənarlarında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin, Tərtərçay Hidroqovşağı İstismarı idarəsinin əməkdaşları iştirak ediblər.
Aksiya çərçivəsində 650 ədəd müxtəlif növ meyvə ağacları və meşə ağacları əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.






