Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr - Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar Vətən müharibəsinin şəhidi Tural Məmmədlinin ailəsi ziyarət edilib

05 noyabr 2026 | 11:13

8 noyabr-Zəfər Gününün altıncı ildönümünün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər RİHB aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin baş məsləhətçisi Musayev Natiq, Tərtərçay Hidroqovşağın İstismarı İdarəsinin kollektivi ilə birlikdə Bəyimsarov kəndində Vətən Müharibəsinin  şəhidi  Məmmədli Tural Aqil oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

Çıxış edənlər vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın xalqın sevimlisinə çevrildiyini və onların heç bir zaman unudulmayacağını bildiriblər.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər