Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Yüzilliyin sərkərdəsi”adlı inşa müsabiqəsi keçirilib

07 noyabr 2024 | 17:29

Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon təhsil sektorunun və rayon Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdlərinin iştirakı ilə şahmat məktəbində 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş “Yüzilliyin sərkərdəsi”adlı inşa müsabiqəsi keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Svetlana Əzizova, YAP rayon təşkilatının məsləhətçisi Əli Paşayev, rayon Təhsil Sektorunun metodisti Kifayət Mürsəlova, Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Fərəc Rzayev də iştirak ediblər. 

Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

İnşa yazı müsabiqəsində 38 ümumtəhsil məktəbindən 41 nəfər şagird iştirak edib.

Tədbirdə iştirak edən nümayəndələr şagirdlərə mövzu haqqında ətraflı məlumat verib, müsabiqə iştirakçılarına uğurlar diləyiblər.

Müsabiqənin qalibləri diplom və fəxri fərmanla təltif ediləcəklər.

Keçidlər