Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü münasibətilə “Vətən bağı”nda 350 ədəd meyvə ağacı əkildi

06 noyabr 2026 | 16:08

8 Noyabr – Zəfər Günü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə salınmış “Vətən bağı”nda ağacəkmə aksiyası keçirilib.

Aksiyada rayon icra hakimiyyətinin, YAP rayon təşkilatının əməkdaşları, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, Vətən müharibəsi qaziləri və DOST İş Mərkəzinin işçiləri  iştirak ediblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən, respublika prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında  qazanılan bu tarixi Qələbənin şəhidlərimizin canı və qanı bahasına əldə olunmasından bəhs edib. Şəhidlərimizin əziz xatirəsinin daim uca tutulmasının, onların adlarının yaşadılmasının və Vətənə sevginin gələcək nəsillərə aşılanmasının hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Ağacəkmə aksiyasında  “Vətən bağı”nda 350 ədəd meyvə ağacı əkilib.

Aksiya şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın  ifadəsi olmaqla yanaşı, ətraf mühitin qorunmasına və yaşıllıq sahələrinin genişləndirilməsinə də bir töhfədir.

Keçidlər