Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr –Zəfər günü münasibəti ilə Şikar Şikarov adına şəhər 5 nömrəli tam orta məktəbdə “Tarix yazan oğullar” başlığı altında tədbir keçirilib

06 noyabr 2023 | 15:47

Tədbirdə məktəbin kollektivi ilə yanaşı  rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələri, rayon  ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov, məktəbin şəhid məzunlarının ailə üzvləri iştirak ediblər.

 Əvvəlcə  qonaqları qarşılayan məktəbin direktoru Arzu Babayeva tədbir iştirakçılarına məktəbin şəhid məzunları haqqında məlumat verib. Bildirib ki, məktəbin 7 məzunun-6-sı  Birinci Qarabağ Müharibəsində, 1 məzunu isə 44 günlük Vətən müharibəsində şəhid olub. Onların hər birinin adı məktəbdə əbədiləşdirilərək adlarına sinif otaqları verilib və həmin sinif otaqlarında onlara aid guşə fəaliyyət göstərir ki, həmin guşədə şəhidin şəkli qoyulub,  haqqında ətraflı məlumat verilib.

Sonra tədbir məktəbin Akt zalında davam etdirilib. Tədbirdə Tərtər rayon icra hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili Şöbəsinin müdiri Ülvü Nəcəfov, məktəbin direktoru Arzu Babayeva, Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Sadiq Cəfərov, məktəbin məzunu Vətən müharibəsi şəhidi Xəyal Aslanovun atası Qüdrət Aslanov, Xəyalın döyüş yoldaşı  və komandiri Umud Kərimov çıxış ediblər. Çıxışlarda 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə parlaq Qələbə qazanıldığı vurğulanıb. Çıxış edənlər şanlı Zəfərin qazanılması uğrunda canından keçən Vətən övladlarının xatirəsinin xalqımız tərəfindən ən yüksək hörmət və ehtiramla anıldığını qeyd ediblər. Bildirilib ki, Azərbaycan Vətən müharibəsində parlaq Qələbə qazanmaqla qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun əsgəri və zabitləridir.

Vətən müharibəsi iştirakçısı şəhid Xəyal Aslanovun komandiri Umud Kərimov 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərdə belə şəxsi heyətin əhvali-ruhiyyəsinin, döyüş əzminin yüksək olduğunu vurğulayıb, Ordumuzun qəhrəmanlıq nümunələrindən danışıb. O, torpaqlarımız işğaldan azad olunduqca hərbçilərimizin daha çox sevindiklərini, onların keçirdikləri hisslərin sözlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirib və Xəyal Aslanov haqqında xatirələrini bölüşüb.

Sonra məktəblilərin ifasında şəhidlərimizə və qazilərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub.

Keçidlər