8 noyabr - Zəfər Günü ilə əlaqədar Vətən müharibəsinin şəhidi Zərimxan Həsənlinin ailəsi ziyarət edilib
8 noyabr-Zəfər Gününün qeyd olunması ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Şərifzadə Aqşin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Tərtər Rayon üzrə yerli nümayəndəsi Elmir Xəlilov ilə birlikdə Şıxarx qəsəbəsində yaşayan Vətən müharibəsinin şəhidi Həsənli Zərimxan Rafiq oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Ziyarətçilər şəhidlərin xatirəsini həmişə əziz tutduğunu bildirib, şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






