8 noyabr Zəfər günü ilə əlaqədar rayon rəhbəri Vətən müharibəsi şəhidi Cahangir Surxayzadənin ailəsini ziyarət edib
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov 8 noyabr Zəfər günü ilə əlaqədar Qaynaq kəndində şəhid Surxayzadə Cahangir Hətəm oğunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıb.
Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov torpaqlarımızın ərazi bütövlüyü uğrunda torpağı qanları ilə vətənə çevirən oğulların ruhuna dualar oxuyub.
Sonra icra başçsı 24 yaşlı Cahangirin keçdiyi döyüş yolundan danışıb. Qeyd olunub ki, Cahangir Surxayzadə Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olub. O, Füzulinin və Şuşanın azadlığı uğrunda döyüşüb və noyabrın 9-da Şuşa
döyüşlərində şəhid olub.
Cahangir ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə o, “Vətən uğrunda”, ”Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
İcra başçısı səhidin valideynlərinə Cahangir kimi igid ogul böyütdükləri üçün öz minnətdarlıgını bildirib, məhz Cahangir kimi tarix yazan ogulların sayəsində düşmən üzərində qələbə qazanıldıgını, 30 ildən sonra torpaqlarımızın işgaldan azad olunduğunu bildirib.
Oxuduğu Qaynaq kənd umumi orta məktəbində Cahangirin adı əbədiləşdirilib, onun adına sinif otağı verilib. Otaqda şəhidə güşə ayrılıb, güşədə onun şəkli, haqqında, döyüş fəaliyyəti barədə məlumatlar qoyulub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanmım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərmizə rəhmət eləsin!