8 noyabr - Zəfər Günü ərəfəsində Vətən müharibəsinin şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsi ziyarət olunub
8 noyabr-Zəfər Gününün altıncı ildönümü ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlər davam edir.
Tərtər RİHB aparatının İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Pərişan Orucova, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Mustafayev və kollektivin nümayəndələri ilə birlikdə Mamırlı kəndində Vətən müharibəsi şəhidi Babazadə Mirşəmsi Elşad oğlunun ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar. Onlar şəhidlərə allahdan rəhmət diləyib, ailə üzvlərinin şəhid haqqında xatirələrini dinləyiblər.
Ziyarətçilər xalqımızın Vətən uğrunda canından keçən öz qəhrəman oğullarını unutmadığını,onların xatirəsini həmişə əziz tutduğunu bildirib,şəhid ailələrinə dövlər tərəfindən göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.






