8 noyabr - Zəfər Günü ərəfəsində rayon ərazisində yerləşən şəhidlərin xatirəsinə ucaldılmış abidələrin, bulaqların və məzar daşlarının ətrafında təmizlik işləri aparılıb
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir.
8 noyabr - Zəfər Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, Olimpiya İdman Kompleksinin əməkdaşları və könüllülər şəhər ərazisində yerləşən Şəhidlər Abidə Kompleksində, Milli Qəhramanlar Vəzir Orucovun, Elman Hüseynovun abidəsinin, şəhidlərin adına inşa edilmiş bulaqların, xatirə lövhələrinin və məzar daşlarının ətrafında təmizlik və abadlıq işləri aparıblar.
Xalqımız öz igid oğullarını unutmur, həmişə onların xatirəsini əziz tutur.