8 noyabr-Zəfər Günü ərəfəsində məktəblilərin rayon Tarix-Diyarşünaslıq və Dövlət Rəmzləri muzeyinə ekskursiyaları təşkil olunub
Tərtər Rayon İcra Hakimiyyətinin, rayon mədəniyyət mərkəzinin və təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Günü münasibətilə məktəblilərin rayonun Tarix-diyarşünaslıq və Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.
Bu gün rayonun Seydimli kənd tam orta məktəbinin şagirdlərinə ekskursiya çərçivəsində muzeylər haqqında ətraflı məlumat verilib.
Qeyd olunub ki, Tərtər Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildə fəaliyyətə başlayıb. İkimərtəbəli binada iki ekspozisiya zalı var. Bu zallarda “Təbiət”, “Arxeologiya”, “Qafqaz Albaniyası”, “Orta əsrlər”, “Misgərlik”, “XIX əsr”, “Azərbaycan milli geyimləri”, “Ənənəvi ev”, “Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövrü”, “Azərbaycan müstəqillik dövrü”, “Qarabağ münaqişəsi” adlı bölmələr qurulub. Burada, həmçinin Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Tərtər rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılıb.
Muzeydə ümumilikdə 2000 eksponat var ki, onlardan 250-si ekspozisiya zalında nümayış olunur. Muzeydə 40 yerlik konfrans zalı, elmi araşdırmalar şöbəsi üçün otaq da yaradılıb.
Məktəblilərin Dövlət Rəmzləri muzeyinə ekskursiyaları da maraqlı olub.
Dövlət Rəmzləri muzeyində onlar Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövründə qəbul edilmiş konstitusiyalar, gerblər, bayraqlar, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.
Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyəsi baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə xüsusi diqqət göstərilir, bu istiqamətdə məktəblilərin muzeylərə