Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr “Zəfər Günü” ərəfəsində Buruc kənd tam orta məktəbində sinif otaqlarına şəhidlərin adları verilib

05 noyabr 2022 | 11:55

Tərtər rayonunda  torpaqlarımızın azadlığı uğurunda qəhrəmancasına şəhid olanların xatirəsi ehtiramla yad olunur, onların adlarının əbədiləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bu istiqamətdə aparılan işlərin davamı olaraq şəhid Adil Həsənov adına Buruc kənd tam orta məktəbdə sinif otaqlarına şəhidlərinin adı verilib. Artıq bu gündən  məktəbin 3-cü sinifi Vətən müharibəsi şəhidi Ruslan Şahbazovun, 6-cı sinifi şəhid Orxan Şamilovun və 8-ci sinifi isə şəhidi Mübariz Nəcəfovun adlarını daşıyacaqdır. Şəhidlərin adını daşıyan sinif otaqlarının qapıları üzərində onların adı yazılmış lövhələr yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Bununla əlaqədar məktəbdə şəhidlərin xatirəsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə şəhidlərin ailə üzvləri, şəhid ailələri, qazilər, veteranlar rayon Təhsil Sektorunun müdiri Oqtay Sarıkişiyev, YAP Tərtər rayon təşkilatının sədr müavini Azər Ağayev, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Quliyeva, Vətə Müharibəsi qəhrəmanı Azər Abdullayev, “Yeni Tərtər” qəzetinin əməkdaşları, məktəbin kollektivi, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin həyat və döyüş yollarına nəzər alınıb. Məktəblilərin ifasında şəhidlərə, vətənə həsr olunmuş şeirlər səsələndirilib.

Tədbirdə şəhid ailələri, qazilər, veteranlar şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehribann xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər